
Türkiyə ordusunun “Pəncə-Kilid” əməliyyatında bir hərbçisi şəhid olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.
Bildirilib ki, 12 may 2023-cü ildə “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində əsgər Məhəmməd Kiçik şəhid olub.
Qeyd edək ki, Türkiyə ordusu “Pəncə-Kilid” əməliyyatını İraqın şimalında keçirir.