NATO təlimlərində iştirak edən 40 hərbçimizi geri çağırmışıq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
“Son olaraq Norveçdə bir hadisə baş verdi. Atatürkün ismi olan düşmən tablosu kimi bir tablo qoyublar, bir tərəfdə də şəxsimin ismi. Bu xəbər gələn zaman Baş Qərargah rəisimiz və Avropa Birliyi nazirimiz Kanadaya gedirdilər. Bizə yolda zəng vurub, baş verənləri danışdılar. Bu da NATO-nun təlimi… 40 əsgərimizin geri dönməsinə qərar verdik”, – Ərdoğan bildirib.