Türk müəllimdən nazirliyə məktub: “Qarabağda döyüşmək istəyirəm”

Türkiyə vətəndaşlarından Azərbaycanın Dağlıq Qarabağda apardığı antiterror əməliyyatlarında iştirak etmək üçün müraciətləri davam edir.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Türkiyənin İstanbul Universitetinin müəllimi Kürşad Yıldırım ölkəsinin Müdafiə Nazirliyinə müraciət edərək, Azərbaycan ordusu sıralarına qoşulmaq istəyini dilə gətirib.

Müəllimin Türkiyə Müdafiə Nazirliyinə ünvanlandığı məktubunda deyilir:

“Mən Türkiyə Cümhuriyyətinin vətəndaşıyam, hərbi xidmətdə olmuşam. İndi isə müəllim kimi dövlət və millətimə xidmət edirəm. Səhhətimin cəbhədə döyüşmək üçün sağlam olduğunu düşünürəm. Bu məsələ ilə əlaqədar müayinədən keçməyə hazıram.

Dövlətimiz məqbul bilsə, yenidən silaha sarılaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağı azad etmək üçün başladığı hərbi əməliyyatlarda iştirak etmək istəyirəm”.


Share: