Trass Baş naziri seçiləcəyi təqdirdə ilk zəng edəcəyi liderin adını açıqladı

Hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri postuna iddia edən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass qalib gələcəyi təqdirdə zəng edəcəyi ilk xarici lider Ukrayna Prezidenti Volodimir Zelenskinin olacağını söyləyib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Trass Londonda Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşü zamanı bildirib:

“Mən ukraynalılara göstərmək istəyirəm ki, onlar Böyük Britaniyanın tam dəstəyini almağa davam edəcəklər. Bunun Prezident Zelenski və Ukrayna hökuməti üçün nə qədər vacib olduğunu bilirəm”.


Share: