TOY YASA DÖNDÜ: Gəlin özünü xınayaxdı gecəsi güllələdi

Türkiyənin Adıyaman bölgəsində gəlin xınayaxdı gecəsi özünü öldürüb.

Müstəqil.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, Oyratlı kəndində Hülya Y. adlı gənc qız xınayaxdı mərasimi zamanı atasına məxsus tapançanı götürərək başqa otağa keçib. Burada bir qədər gözləyən qız çənəsinin altından atəş açıb. O, ağır vəziyyətdə Adıyaman Uiversitetinin xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Nişanlı qızın xınayaxdı mərasimi günü özünü hansı səbbədən öldürməsi hələlik məlum deyil.

İntihar hadisəsi ilə bağlı araşdırma aparılır.

Share: