Ticarət mərkəzləri mayın 11-dən açılacaq? – RƏSMİ AÇIQLAMA

“Ticarət mərkəzlərinin mayın 11-dən açılması məsələsi bu həftə məlum olacaq. Amma bu günə olan statistika ürəkaçan deyil”.

Bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Aparatının Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O əlavə edib ki, rayonlarda ticarət mərkəzləri açılsa da, bu, arxayınlaşmağa əsas vermir: “Ticarət və ictimai iaşə müəssisələrində təlimatlara mütləq əməl etmək lazımdır, əks halda neqativ statistika ilə üzləşəcəyik”. (baku.ws)

Share: