“Tesla Cybertruck”ın kütləvi istehsalına başlanılacaq

“Tesla” 2023-cü ilin sonunda “Cybertruck” elektrik pikapının kütləvi istehsalına başlamağı planlaşdırır.

Şirkət elektromoblin yekun qiymətini açıqlamayıb, avtomobilin istehsal versiyasını nümayiş etdirməyib və yeni model üçün akkumulyatorların təchizatını necə idarə edəcəyini açıqlamayıb.

2019-cu ildə “Tesla” 40.000 dollardan aşağı bir başlanğıc qiyməti proqnozlaşdırıb. Lakin o vaxtdan bəri yeni avtomobillərin qiymətləri xeyli artıb.

Qeyd edək ki, yanvar ayında “Cybertruck”ın buraxılışının 2023-cü ilə təxirə salınmasının səbəbi kimi komponentlərin çatışmazlığını göstərib.

Mənbə: epravda.com.ua

Share: