“Tapşırıq və iradlarımıza əməl etməyənlərin fəaliyyətinə son qoyulacaq”

Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Adil Kərimli Mədəniyyət Nazirliyində olan islahatlar barədə danışıb.

Kulis.az xəbər verir ki, Adil Kərimli APA-ya açıqlamasında tapşırıq və iradlara əməl etməyənlərin fəaliyyətinə son qoyulacağını deyib.

“Bizim tapşırıqlarımızı lazımi səviyyədə yerinə yetirməyənlər, Azərbaycan mədəniyyətinə xidmət baxımından uyğunsuz fəaliyyət göstərənlər, bu missiyanın öhdəsindən gələ bilməyənlər bizdən ayrılacaq”, – o deyib.

Share: