Tanınmış şair Rəsmiyyə Sabirin “Sonun başlanğıcı” adlı yeni şeirlər kitabı işıq üzü gördü…

 Müstəqil.Az bildirir ki,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, tanınmış şair Rəsmiyyə Sabirin yeni “Sonun başlanğıcı” adlı şeirlər kitabı “Avropa” nəşriyyatında işıq üzü görüb.

Kitabın redaktoru f.f.d. Aygün Həsənoğludur.

Kitabda Türk Dünyasından olan yazarların Rəsmiyyə Sabirin yaradıcılığı ilə bağlı fikirləri yer almışdır.

Kitabda, həmçinin yazarın son illərdə Allah, Vətən, sevgi, sosial mövzularda qələmə aldığı fəlsəfi, lirik şeirləri toplanmışdır.

Kitab “Hər şey, səndən başlanıb, hər şey səndə bitir, İlahi”, “Səcdagahım Vətən”, “Səssizliyin ninnisi”, “Həyatın rəsimləri”, “Vətəndən məktublar”,Yaşamadıqlarım”, “Sevginin şəklinin neqativi” kimi bölmələrdən ibarətdir.  

Müstəqil.Az

Share: