Tanınmış həkimin 13 yaşlı oğlunun ürəyi dayandı…FOTO

Üç gün öncə dünyasını dəyişən 13 yaşlı Fərhad Məmmədov tanınmış həkimin oğlu olub. Fərhad Məmmədov Cəlilabadda tanınmış həkim Fərahim Məmmədovun oğludur.
Bu haqda Moderator.az -a rayondakı mənbələrdən məlumat daxil olub.
Xatırladaq ki, Fərhad Məmmədov ailəsi ilə birlikdə Lənkərana gedərkən halı pisləşib və Lənkəran rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun dünən üç mərasimi keçirilib. Biz də Fərahim həkimin ailəsinə dəri hüzünlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Müstəqil.Az

Share: