TANAP qaz kəmərinin dəyəri dəqiqləşdirildi

Transanadolu boru kəmərinin (TANAP) dəyəri 7,9 milyard dollar təşkil edir.

Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O qeyd edib ki, qaz kəmərinin tikintisi üzrə işlərin 93 faizi yekunlaşıb: “Layihənin dəyəri 7,9 milyard dollar təşkil edir. Ümumilikdə tikinti işləri çərçivəsində 3,8 milyard dollar qənaət edilib”.

S.Düzyol bildirib ki, TANAP-ın inşası çərçivəsində indiyədək 3,65 milyard dollar dəyərində kredit sazişləri imzalanıb:

“2018-ci ilin əvvəlində Türkiyə-Gürcüstan sərhədində boru kəmərinin sınaqdan keçirilməsi prosesinə başlanacaq”.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152