Taliban ABŞ-a meydan oxudu: Vaxt bitib, hərəkətə keçəcəyik

Əfqanıstanı tərk etməyən xarici qüvvələrə qarşı lazımi addımlar atılacaq.

Müstəqil.Az xəbər verir ki, bunu Taliban sözçüsü Zəbihullah Mücahid deyib.

“Xarici qüvvələrin Əfqanıstandan çıxarılması barədə razılaşdırılmış 1 may tarixi artıq keçib və bu pozuntu “Əfqanıstan islam əmirliyi” mücahidlərinin işğalçı qüvvələrə qarşı hərəkətə keçməsinə yol açdı”, – Mücahid söyləyib.

Qeyd edək ki, ötən ilin 29 fevralında Dohada imzalanan müqaviləyə əsasən, ABŞ 2021-ci ilin mayına qədər Əfqanıstanı tamamilə tərk etməli idi.

Prezident Baydenin əmrinə əsasən, ABŞ ordusunun 1 maydan Əfqanıstandan çıxarılmasına başlanılıb. Proses 11 sentyabra qədər yekunlaşmalıdır.

Pərviz Həsənov

Share: