Tələbələrə müjdə-Lənkəran Dövlət Universitetində yeni  yataqxana binasının inşasına başlanılıb.

Müstəqil.Az bildirir ki,Tələbələrə müjdə-LDU-da yeni  yataqxana binasının inşasına başlanılıb.

Lənkəran Dövlət Universitetində ( LDU)  təhsil alan tələbə və magistrantları, həmçinin onların valideynlərini müjdələyə bilərik. Təqribən 3min 500-ə qədər tələbə və magistrantın  təhsil aldığı LDU-da 5 mərtəbəli  160 yerlik yeni yataqxana binasının inşasına başlanılıb. Yeni bina universitetin idarəçiliyinə verilən  keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində inşa edilir.Artıq ikinci həftədir ki, köhnə binanın söküntüsü  işləri aparılır.Yaşayış sahəsi 1100 kv.m olacaq  yataqxana binasında tələbələrin normal yaşayışı,asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq, kompüter otaqları, kitabxana, xidmət otaqları   fəaliyyət göstərəcək.Yataqxana binasının növbəti 2019-2020-ci ildə tələbələrin istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Lənkəran Dövlət Universitetində ancaq  qız tələbələr yataqxana binasından istifadə edirlər.  50 nəfərlik qızlar  yataqxanası  2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub və burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb, həmçinin qızların  dərsə getmələri üçün ayrıca mikroavtobus  da ayrılıb.

Lənkəranda evlərin aylıq kirayə haqqı 50 manatdan baha olduğuna görə, yeni yataqxananın inşası  aztəminatlı ailələrdən olan tələbələrin yaşayış probleminin həlli deməkdir.Bu amil  gələcəkdə universitetə tələbə axınını da şərtəndirə bilər.Xatırladaq ki, hazırda Lənkəran Dövlət Universitetində iki yeni tədris korpusunun da inşası aparılır.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Share: