“Təklif etdik ki, Şuşa İslam dünyasının paytaxtı olsun”

“Biz təklif etdik ki, Şuşa İslam dünyasının paytaxtı olsun. Əminəm ki, bu, gələcəkdə mümkün olacaq. Biz Şuşanı 2022-ci ildə paytaxt elan etmək istəyirik”.

Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Biz Azərbaycanın uğur tarixini digər ölkələrdə də təbliğ etməyə nail olacağıq” – deyə, o bildirib.

Share: