Təhsil Nazirliyi yeni qərar verdi -VİDEO

İbtidai sinif şagirdlərinə əyani dərslər həftədə 3 dəfə keçiriləcək

Təhsil Nazirliyi tədrislə bağlı  dəyişiklər edib. Elə ki, oktyabrın 5-dən etibarən Bakı Sumqayıt Abşeron regionunda yerləşən, məktəblərin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani dərslərə qoşulacaq. Onların həftə ərzində aldıqları əyani dərs saatları 8 saatdan- 10-11 saata qədər artacaq.

Əlavə olaraq bildirək ki, oktyabrın 1-dən etibarən V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərə cəlb ediliblər. Əyani dərslərdə həftəlik dərs yükü 15 saat müəyyənləşdirilib. Digər dərs saatları isə distant formada tədris edilir. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi pandemiya şəraitinə uyğun olaraq təşkil edilir və sanitar-epidemioloji qaydalara bütünlüklə əməl edilir

Share: