![](https://www.mustaqil.az/wp-content/uploads/https://qafqazinfo.az/uploads/1664606183/alimehkeme.png)
Ali Məhkəmənin plenumunda Azərbaycan Respublikası Baş Prokurorunun “Tərtər işi” ilə bağlı ərizəsi təmin olunub.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.