“Təbəssüm olaq” layihəsinin 5-ci mövsümü həyata keçirilib

İyunun 2-də “Modern Azərbaycan Yeniliklər və Təcrübə” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Təbəssüm olaq” layihəsinin 5-ci mövsümü baş tutdu.

“Təbəssüm olaq” “layihəsi Azərbaycan vətəndaşları içində xüsusi, cəmiyyətdən tədric olunmuş hiss edilən, qayğıya ehtiyacı olduğu düşünülən şəxslər üçün yaranmış bir layihədir.

Əyləncəli tədbiri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. Sığınacaqlarda yaşayan 50 + kimsəsiz uşaqlar ilə əyləncə dolu gün keçirildi. Layihənin ərsəyə gəlməsində ən böyük pay layihə könüllülərinin dəstəyidir. Layihə könüllü üzvləri vasitəsi ilə keçirilən tədbirin açılışını təşkilat sədri Kərimli Camal etdi. Bununla birlikdə M.A.Y.T idarə heyyəti də uğurlu şəkildə tədbirin könüllülük vəzifəsini icra etmişdir. Həmçinin “Proactive Azərbaycan” komandası da təşkilati dəstəkçilərdən idi.

Tədbir başladıqda ziyafət masası ilə birlikdə əyləncə şou-proqramı ilə uşaqlar maraqlı saatlar keçirdi. Sonrasında isə bütün uşaqlar mərkəzin atraksiyonlarından limitsiz istifadə etmişdir.

"Təbəssüm olaq" layihəsinin 5-ci mövsümü həyata keçirilib
"Təbəssüm olaq" layihəsinin 5-ci mövsümü həyata keçirilib
"Təbəssüm olaq" layihəsinin 5-ci mövsümü həyata keçirilib




Share: