Şuşanın kəndləri, Xankəndi, Kərkicahan, Malıbəyli, Xocalıda minatəmizləmə işləri aparılır

“Antiterror əməliyyatlarının aparıldığı ərazilərdə 6 yaşayış məntəqəsinin minalardan təmizlənməsinə başlanılıb”.

Bunu -ya açıqlamasında Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, bundan əlavə orada fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri müxtəlif yerlərə gedirlər və ANAMA da onları müşayiət edərək dəstək verir:

“Hazırda Şuşanın kəndləri, Xankəndi, Kərkicahan, Malıbəyli, Xocalıda minatəmizləmə işləri aparılır. Mərhələli şəkildə digər ərazilərdə də işlərə başlanılacaq”.

Share: