Sunak İsrail üçün bu addımı atacaq

Böyük Britaniyanın Baş naziri Rishi Sunak İsraili dəstəkləmək və regional sabitliyi möhkəmləndirmək üçün Aralıq dənizinin şərqinə Kral Hərbi Dəniz Qüvvələrinin iki gəmisini və müşahidə təyyarəsini yerləşdirəcək.

“Qafqazqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Bu, regional sabitliyin təmin edilməsi və gələcək gərginliyin qarşısının alınması səylərini dəstəkləyəcək”, – deyə Sunak bildirib.

Sunak vurğulayıb ki, Böyük Britaniyanın hərbi və diplomatik qrupları təhlükəsizliyin bərpası və humanitar yardımın bölgəyə çatmasını təmin etmək üçün beynəlxalq tərəfdaşları dəstəkləyəcək.


Share: