Sumqayıtda “Tofaş” divara çırpıldı, ölən və yaralananlar var

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Sahil küçəsində olub.

“Tofaş” markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb. Nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: