Sumqayıt Dövlət Dram teatında “Şahzadənin ulduzu” tamaşasına bərpadan sonra daxili baxış keçirilib.

Sumqayıt Dövlət Dram teatrının repertuar planı tərtib edilərkən hər zaman uşaq  və yeniyetmələr də nəzərə alınıb.

Bu işdə milli  əsərlərlə yanaşı müxtəlif dünya  şöhrətli yazıçılara da müraciət olunub. Vaxtilə teatrın repertuarında  yer alan maraqlı tamaşalardan  biri  “N.X.Andersen “Şahzadənin ulduzu” tamaşasına bərpadan sonra daxili baxış keçirilib.

Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur.

Tərtibatın quruluşu Nizami Dadaşova, rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur.  Rolları Dağlar Rüstəmov, İlqar İbrahimov,  İradə Zeynalova, Sevda Hüseynova, Etibar Əmirov, Məryəm Hüseynli, Aynur Hümmətova, Elmir Mehdiyev, Ceyhun Məhərəmov və Ramazan Xanlarov   canlandırırlar.

Baxışdan sonra  teatrın direktoru əməkdar artist Mübariz Həmidov,  baş  rejissor, Xalq artisti Firudin  Məhərrəmov, çıxış edərək  bərpa edilmiş tamaşa barədə mülahizələrini  söylədilər.  Qüsurlu epizodlar diqqətə çatdırıldı və tamaşanın bütövlükdə  məktəblilərə göstərilməsi məqbul  sayıldı.

 

Müstəqil.Az

 

Share: