Sosial şəbəkədə yazdığı STATUSA GÖRƏ HƏBS OLUNDULAR

Vyetnamda 5 nəfər 8 ildən 15 ilədək azadlıqdan məhrum edilib. Onların sosial şəbəkələrdə yazdıqları status və öz mövqelərini dinc şəkildə ifadə etmələri hökumət əleyhinə fəaliyyət kimi qiymətləndirilib.

Müstəqil.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müttəhimlər xalq hakimiyyətinin devrilməsinə yönəlmiş hərəkətlərdə müqəssir biliniblər. Qərar Vyetnam Cinayət Məcəlləsinin 79-cu maddəsi üzrə çıxarılıb.

“Amnesty International”ın məlumatına görə, ötən ay Vyetnamda daha 8 nəfər hökumət əleyhinə fəaliyyətə görə həbs edilib.

Share: