Müstəqil.Az bildirir ki, filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın “Ruhun yaddaşı” adlı yeni kitabı nəşr olunub.
Kitab yeddi bölmədən – “Elm”, “Ədəbiyyat”, “Hüseyn Cavid”, “Sənət”, “Kitab”, “Mətbuat tarixi və media”, “Portret”, “Rəy”, “Müsahibələr” – ibarətdir.
“Zərdabi” nəşriyyatında çap olunan kitabda Sona Vəliyevanın elm, mədəniyyət, ədəbiyyat, media tarixi və görkəmli ziyalılarımız haqqında fərqli dünyagörüşünü, düşüncə tərzini ehtiva edən esseləri, məqalələri, araşdırma yazıları toplanmışdır.
Müsahibələrinin də yer aldığı nəşrdə Sona Vəliyevanın keçdiyi həyat yolu, sənət və ədəbiyyata münasibəti, mediamızın inkişafındakı uğur izləri ilə tanış ola bilərsiniz. “Ruhun yaddaşı” müəllifin, yaradıcılığına, düşüncələrinə, həyat meyarlarına bələd olmaq istəyənlər üçün müstəsna əhəmiyyətə malikdir.
Müstəqil.Az