Son xəbər: Natiq Əlisoyun 14-cü məhkəməsi keçirildi

 Yazıçı, şair, jurnalist Natiq Əlisoya 14-cü məhkəmə keçirilib.
 
25.01.2022-ci il tarixdə saat 16:00-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində hakim Yusifəli Qurbanovun sərdliyi ilə yazıçı, jurnalist, şair Natiq Əlisoyun iddiasına əsasən 14-cü məhkəmə iclası keçirilib.
Yazıçının iddiasına əsasən hüquqları kobud şəkildə pozulub. Məhkəmədə iddiasını tam müdafiə edən N.Əlisoy sözügedən məsələ ilə bağlı ətraflı danışmaq istəməsə də, qanunların onun tərəfində olduğunu bildirdi və hakim Y.Qurbanovun iddiasının təmin edilməsi ilə bağlı ədalətli yekun qərar çıxaracağına ümid etdiyini qeyd etdi. Sonda onu da bildirdi ki, baxılmış işlə bağlı yekun qərar 26.01.2022-ci il saat 10:00-da Naxçıvan MR Respublikası Ali Məhkəməsində elan ediləcək.
 
 
Elnur Baxış
Share: