“Şimal görüşləri”ndən mükafatla qayıtdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verdiyi məlumata görə, Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib.

 

Əməkdar artist festivalda Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa və aktyor oyunu festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb.

 

ADGTT festivalda “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.

 

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa, ABŞ və digər ölkələrin də teatrları iştirak edib.

 

Müstəqil.Az

Share: