Seysmoloji mərkəz: Səhər saatlarında yeddi afterşok qeydə alınıb

Azərbaycanın Zaqatala rayonunda dünən axşam saatlarında baş verən güclü zəlzələdən sonra bu gün səhər saatlarında yeddi afterşok qeydə alınıb.

Bu sözləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

“Dünən zəlzələ yerli vaxtla 22:40-da yerli 2 kilometr dərinliyində baş verib. Maqnitudası 5.5 bal olub. Səhər saatlarında isə zəif afterşoklar qeydə alınıb və bunlar hiss olunmayıb”, – o deyib.

Qeyd edək ki, yeraltı təkanlar Azərbaycanın şimal-qərb rayonlarında da hiss olunub. Bəzi rayonlarda kiçik dağıntılar olub.

 

Share: