Sevgilisindən yaş fərqinə görə ayrıldı

Hollivud ulduzu Leonardo Di Kaprio 5 illik sevgilisi model Kamilla Morronedən ayrılıb.

Bu barədə “Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir.

İnsayderləin məlumatına görə, buna səbəb cütlük arasında olan böyük yaş fərqidir. Belə ki, Di Kaprio Kamilladan 22 il böyükdür.

Qeyd edək ki, aktyor modellə hələ 2008-ci ildə, Kamillanın 12 yaşı olarkən tanış olub. Onlar aktyorun dostu, uzun illər Kamillanın anası Lusila Sola ilə yaşayan Al Paçino tanış edib. Lakin cütlük 2017-ci ildən, aktyorun model Nina Aqdaldan ayrılmasından sonra görüşməyə başlayıb. Kamillayadək Leonardo cəmi iki xanımla uzun müddət sevgili olub. Onlardan biri braziliyalı model Jizel Bundhen, digəri isə israilli model Bar Rafaelidir.  



Share: