Sarkisyan Paşinyanın istefasını qəbul etdi

Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
***
Moderator.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.
Ermənistan baş naziri Nikol Paşinyan istefa verdiyini canlı yayım vasitəsilə bəyan edib.
Bununla da o, parlamentin buraxılması üçün formal əsasın yaradılacağına ümid edir.
“İstefa verirəm”, – deyə Paşinyan Ermənistanın İctimai televiziyasının canlı yayımında bəyan edib.
O həmçinin bildirib ki, seçkilərədək Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini icra edəcək.
Parlamentdə Paşinyanı inandırıblar ki, parlament öz namizədini irəli sürməyəcək.
Xatırladaq ki, Parlament seçkiləri dekabrın 9-da olacaq.
Share: