Salam şair, salam qardaş, Sən “qaya yazısı, qan yaddaşısan”…

Salam şair, salam qardaş, Sən “qaya yazısı, qan yaddaşısan”…

Mayın 20-si xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı tamama olur.

 

Müstəqil.Az Faiq Balabəylinin ybiliyara həsr etdiyi “Salam şair” poemasından bir parçanı yayınlayır:

SALAM ŞAIR..

(İxtisarla)
Salam şair,
salam qardaş,
Sən “qaya yazısı, qan yaddaşısan”.
Millətin qanına sovrulan dərdin
Bizdən yaxınısan, qan yaddaşısan.
O dərdi sənintək daşımaq olmur,
O dərdi sənintək yaşamaq olmur.
Salam ustad!
Şerini söz-söz,
misra-misra,
band-band oxudum.
Yox, yox oxumadım,
təpdim gözümə.
İçimi qarsayan odun, ocağın
su kimi çiləyib, səpdim közünə.

.***

Salam, şair,
salam qardaş,
Mən oxumaz daş kitabə
Mən keçilməz yolam, qardaş.
Damarımda Balabəyli tayfasının
al qanını daşıyıram.
Başımıza gətirilən min qovğanın
Hər birini yaşayıram.

Göz görməyən, səs çatmayan
zirvələrim uca-uca,
O zirvədən bu zirvəyə
qoca qartal uça-uça…
Qanadıyla yurd yerinin
səmasını quca-quca…
Şiş qayalar nizə-nizə,
haça-haça
Mindiyimiz at ki,vardı –
alapaça,
Çırpdı bizi sal qayaya…
Etdi bizi parça-parça.
Dərd gələndə tək gəlmədi,
qoşa gəldi
Ağlımıza gəlməyənlər
başa gəldi.

Salam şair,
salam qardaş,
Sən zamanın içindəsən,
Amma səndən zaman keçdi.
Ruhlarını başın üstə girov qoyub
Qorqud getdi, Şaman keçdi.
Bu millətin ağrısını,
acısını oxu, dedi.
Sən deyəni bir zamanlar
Mete xanın, Batı xanın
Şah babamız İsmayılın
yayı dedi, oxu dedi.
Qəlbimizdə dərd kök atdı
mamırladı,
hissimizi-duyğumuzu
hamarladı.

Qarşı yatan qarlı dağdan
çapar gəldi;
Asi olub İç Oğuzla Dış Oğuzum
deyib, getdi
Bu xəbərlə Tanrı kimi saf kişini
əyib getdi.
O zamandan indiyədək
Qan uddurur bir-birinə iki qardaş.
Asın məni, soyun məni,
Parçalayın tikə-tikə
Düşmənçilik sona yetsin
təki, qardaş!

Olmasaydı asi, o vaxt əqrəbası
At ağızlı Alp Aruzun,
İndi qulu olmaz idik
Nə o farsın, nə bu rusun.
Qanı qanla yuyan zaman
qanı suyla təmizlədik.
Qanı suyla yuyan zaman
qan tökməyə hirsləndik…
**
Dərin dərə bu dağların
qoşa ovcu, piyaləsi,
Piyaləni gur suyuyla doldurmaqda
“Rüstəmxanlı” şəlaləsi.
Durulduqca sular dağı aşıb keçir,
Töküldükcə Viəşçaya
çay məcrasın daşıb keçir.
Bulaq-bulaq sızan sular
Selə dönür, axır gəlir Xəzərədək
Bir zamanlar dar cığırlar
Alıb onu o dağlardan
Gətirmişdir şəhərədək.
Çox gecələr yatmadı o səhərədək.
Ömür yolun bir kitabın
arasına yığdı bir gün.
Çox keçmədi, bu yığılma axır onu
sıxdı bir gün.
Üzün tutdu bədxahlara, nadanlara,
Bu milləti sevənlərə, yananlara
Fərq qoymadı heç bir kəsə,
Sözün dedi qısa, kəsə:

“Bu sənin xalqındır”
dur,xalqına bax-dedi.
O xalqını uca tutdu,
xalqına “Allah”, dedi.

O qədər qəzavü-qədər görüb ki,
Bəzən daş yerinə başlar hörüb ki,
Özü öz işığın söndürən millət
Ağlı işıqları üzü zülmətə
Hiyləylə, məkrlə göndərən millət.
Baxma olacağa , bu gedişata
Bu da bir ömürdü, həyatdı, şair.

İstədi məhv etsin qəmi, kədəri.
İçində göyərdi azadlıq eşqi
Saldı ürəyinə illərdən bəri
Millətin çəkdiyi üzüntüləri.
Əliylə qaldırıb bayraq elədi
“Ömür kitabı”nın səhifələrini.
Hər millət deyəndə,
hər, xalq deyəndə
Xalqın nəfəsindən güc ala-ala,
Böyüdü, ucaldı, boy atdı şair.

Bir tayı qürbətdə olan qapıya
Üzünü söykədi, “Salam”,-söylədi.
Dinşəyib səsini “Qan yaddaşı”nın
yurdun hər daşına Qalam söylədi.
Doğudan Batıya sözü at kimi
səyridib, yüz dürlü kəlam söylədi.
Qəflət yuxusunda mürgü vuranı
sözüylə yuxudan oyatdı şair…

Share: