Şair Şərafəddin İlkin müğənni Əli Mirəliyevə etiraz etdi…

Müğənni Əli Mirəliyev yenə də qalmaqal yarada bilib. Tanış müğənnilər haqda bildirdiyiyi fikirlərə Baloğlan Əşrəfovun yaxın dostu, prezident təqaüdçüsü, şair Şərafəddin İlkin öz facebook səhifəsində cavab verib. Müstəqil.az yazını olduğu kimi təqdim edir:

Dırnaqarası müğənni, mənasız fikirlərlə gündəmdə qalmaq istəyən Əli Mirəliyev “Musavat.com” saytına bildirib ki, güya Baloğlan Əşrəfovdan, Elşad Qarayevdən, Şəbnəm Tovuzludan “səviyyəli” müğənnidir. Toy mahnılarını efirdə oxumayıb. Ay Əli, ağzın köpüklənə-köpüklənə danışmaqla elə bilirsən nəsə deyirsən? Sənin heç normal danışıq nitqin yoxdu, nəinki oxumaq. O vaxtlar rəhmətlik İlhamənin köməkliyi ilə iki-üç “mahnını” lentə aldırmısan, elə bilirsən oxuyansan?
Sən Baloğlan rəhmətə gedəndən sonra da onun şöhrətindən istifadə edib, gündəmdə qalmaq istəyirsən. Elə Elşad Qarayev sənə düz deyib, o qədər başını lazımsız yerə soxursan, başında tük də qalmayıb… Ağlını başına yığ (əgər ağılla başın varsa).

Müstəqil.az

Share: