Şair, Prezident təqaüdçüsü, müəllim təhsildəki haqsızlıqlarla bağlı od püskürdü…

 

Qoruqçudan, hüquqşünasdan Təhsil Naziri olarmı? Əlbəttə olmaz! Sözüm əvvəlki nazir Mikayıl Cabbarov və yeni nazir Ceyhun Bayramovadır: Sizin 45 dəqiqəlik dərsdən, hansısa bir pedaqoji prosesdən və müəllimlik fəaliyyətindən xəbəriniz yoxdur.Sizə kim ixtiyar verir ki, ucdan tutma yeni qanunlar və dəyişikliklər irəli sürürsünüz ! Ömrünü, gününü öz peşəsinə sərf edən, şagirdlərin qayğısına qalan, onların hər cür səhv hərəkətlərini səmimiyyətlə qarşılayan və buna səbr edən müəllimlərə niyə mənəvi və maddi baxımdan zərbələr endirirsiniz? Müəllimi bu qədər alçaldırsınız.

Müəllimləri o vaxt aldatdılar ki, diaqnostik qiymətləndirmədə 10 faiz( yəni 6 sual ) bal toplayan müəllim bu imtahandan keçmiş hesab olunur. Eyni zamanda əmək haqları 2 dəfə qaldırılır ! Lakin bu belə olmadı, cəmi 33 faiz əmək haqqı artırıldı. 12 saatlıq dərs yükü 18 saata qalxdı. 2018-2019 -cu tədris ilində müəllimlərin dərs saatını keçirilmiş diaqnostik qiymətləndirmə ilə vermək istəyirlər. Bu hansı məntiqə əsaslanır. Deyirdilər ki, 10 faiz yazan müəllimlər bu qiymətləndirmədən keçmiş hesab olunurlar. Lakin deməmişdilər ki, bu meyarla müəllimin əmək haqqısı hesablanacaq.Görün, nə qədər qeyri-qanuni işdir.Bu qədər haqsızlığa müəllimlər niyə boyun əyməlidir? Bu müəllimin mükafatıdırmı? Vallah xarici ölkələrdə ən böyük mükafat elə müəllimin özüdür. Sokrat demişdir ki,dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.

Çağdaş günümüzdə yeni nazir Ceyhun Bayramov da başqaları kimi yadda qalmaq üçün kiminsə “torbasına bayram hədiyyəsi” qoydu. Bu bayram hədiyyəsi də kolleci qurtaranların torbasından çıxdı. Bu hədiyyə kolleci qurtaranların ali məktəblərə imtahansız qəbul olunması idi. Baxın,bu qərar nə qədər gülünc və yersizdir.
Əsl müəllimləri ələ salmaqdır.

Ulu öndər Heydər Əliyev deyirdi ki: -“Mən müəllim adından yüksək və şərəfli ad tanımıram.”

O gün olsun ki, yeni nazirimiz də bu adı tanısın və bu ada hörmət qoysun. Onda haqq-ədalət öz yerini tapar !
İtirilmiş haqlar gec də olsa, öz sahibinə çatar !

Allahşükür Ağa
Şair,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
Saatlı rayonunun
Əhmədbəyli kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi.

 

Share: