Uels şahzadəsi Uilyam qızı şahzadə Şarlotta ilə birlikdə Britaniya qadın futbol komandasına videomüraciət ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, şahzadə videonu sosial şəbəkədə yerləşdirib.
Videoda Uilyam əlində futbol topu tutan Şarlottanın yanında skamyada oturur. Kral ailəsi müraciətində İngiltərə komandasının futbolçularına İspaniya yığması ilə qarşılaşacaqları qadınlar arasında dünya çempionatının finalında uğurlar arzulayıb.
Uels şahzadəsinin sosial şəbəkə abunəçiləri 8 yaşlı Şarlottanın atasına inanılmaz oxşarlığına diqqət çəkiblər.
“Atasının əkizi”, “Şahzadə Şarlotta atasına inanılmaz dərəcədə bənzəyir”, “Şirin şahzadə Şarlotta çox sürətlə böyüyür! O, atasına çox bənzəyir!”, “Uilyam və onun kiçik nüsxəsi” , – onlar şərhlərində yazıblar.