Şahmat üzrə dünya çempionu tay-breklə müəyyənləşəcək

Rusiyalı qrossmeyster Yan Nepomnyaşi şənbə günü şahmat üzrə dünya çempionu adı uğrunda görüşün 14-cü oyununda çinli Dinq Lirenlə heç-heçə edib.

Görüş Astanada keçirilib.

Oyunda simvolik ilk gedişi Qazaxıstan Senatının sədri Maulen Aşimbayev edib. 14 oyundan sonra qarşılaşmada hesab 7:7 olub. Nepomnyaşi və Dinq Liren hərəyə üç qələbə qazanıb, səkkiz oyun isə heç-heçə başa çatıb.

Aprelin 30-da qısaldılmış vaxta nəzarətlə tay-breyk baş tutacaq. Hesab bərabər olarsa daha iki blits oyunu keçiriləcək.

Mənbə: TASS

Share: