Şabranda Şahnaz Şahinlə görüş keçirildi

Şabran rayonu “Xaqani” poeziya evində Anım günü ərəfəsində şair- publisist, esseist, Prezident mükafatçısı, lBeynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahinlə görüş keçirildi.

Tədbirdə şairin Vətən müharibəsinə həsr olunmuş “Zəfər nəğmələri” və “Şuşa haqqı” kitabları da oxuculara təqdim olundu.
Tədbirdə şairin qələm dostları və Şabran ziyalılari, eləcə də bir qrup məktəbli iştirak edirdi.
Tədbiri “Xaqani” Poeziya evinin müdiri sair Aybəniz Əliyar açdı. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Aybəniz xanım Vətən müharibəsinin tariximizdə ölçüyəgəlməz rol oynadığından, igidlərimizin böyük şücaətindən danışdı. Şahnaz Şahinin yaradıcılığı haqqında ətrafli söz açan Aybəniz Əliyar bu əsərlərin gələcək nəsillərin tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində mühüm rol oynayacağinı qeyd etdi.
Yazıçı, publisist Kənan Hacı tədbirdə çıxış edərək qeyd etdi ki, Qarabağın azad edilməsi ilə xalqın ən böyük arzusu həyata keçib. Bu parlaq qələbəni əks etdirən bir çox əsərlər yazılıb. Şahnaz Şahinin “Zəfər nəğmələri” və “Şuşa haqqı” bu mövzuda yazılmış dəyərli əsərlərdəndir.
Sonra tədbirdə çıxış edən tanınmış qələm adamları Gülayə Könül, Günel Natiq, İlhamə Dağlı Şahnaz Şahinin yaradıcılığı haqqında fikirlərini bölüşərək şairin Vətən muharibəsini əks etdirən kitablarının bədii dəyərindən söz açdılar.
Daha sonra Şabran MKS- nin direktoru Firəngiz Aslanova, yerli şairlər Gülnar Zakirqızı, Qızqayıt Mahmudova və başqa iştirakçılar çıxış edərək fikirlərini bildirdilər.
Daha sonra məktəblilərin Şahnaz Şahinin əsərlərindən soylədiyi nümunələr maraqla dinlənildi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Share: