Səməndər Rzayevə… (ŞEİR) – Fuad Biləsuvarlı

Xalq sənətkarı
 
(Əməkdar artist, böyük aktyor Səməndər Rzayevə ithaf edirəm.)
 
O xoşbəxt sənətkar, bəxtəvər bəndə,
Yaşayır həm məndə, yaşayır səndə.
Azərbaycan kimi Ana Vətəndə,
Hələ də yaşadır xalq sənətkarı!
 
Ecazkar səsiylə “Bulaq”da qaldı,
Bir qızı yadigar ocaqda qaldı.
Səsi ürəklərdə, qulaqda qaldı,
Hələ də yaşadır xalq sənətkarı!
 
41 il yaşadı ömrünü əlbət,
Yaratdıqlarıdı sənətdə zinət.
Millətindən aldı layiqli qiymət,
Hələ də yaşadır xalq sənətkarı!
 
Hidayət, Qazan xan və Həsənağa,
Rolları bəs edir yada salmağa.
Bizim də borcumuz xatırlamağa,
Hələ də yaşadır xalq sənətkarı!
 
Yaddaşlarda böyük iz qoyan insan,
Unudula bilməz heç vaxt, heç zaman.
Səməndər dünyadan köçsə də cavan,
Hələ də yaşadır xalq sənətkarı!
 
Müəllif: Fuad Biləsuvarlı
Share: