Şəkidə yazıb yaradan gənc şair Zaur İlhamoğlunun Şairə Aysel Səfərliyə təbrik ünvanı…

Qədim mədəniyyət mərkəzlərindən biri olan Şəkidə yazıb yaradan gənc şair Zaur İlhamoğlu dünən Bakıda,Azərbaycan Yazıçılar Birliyində İkinci şeirlər kitabının imza günü keçirilən gənc şairə Aysel Xanlarqızı Səfərliyə təbrik məktubu ünvanlayıb…Gənc şairəni bu önəmli gün münasibətilə ürəkdən təbrik edir,məktubu olduğu kimi yayımlayırıq…

“Mirzə Fətəli Axundov diyarı,Bəxtiyar Vahabzadə eli qədim Şəkidən salamlar olsun bu gözəl günün səbəbkarı Aysel xanıma və bütün tədbir iştirakçılarına.

Başda Aysel xanım olmaqla hər birinizi təbrik edirəm.

Şairlik (şairəlik) Allahın insana verdiyi bir istedaddır.Bəzən bunu anadangəlmə bir istedad kimi qəbul edirik.M.Şəhriyarın diliylə desək “Şair ola bilməzsən anan doğmasa şair” deyirik.Bu böyük istedadın daşıyıcıları əksər hallarda qəlbən təmiz,əxlaqlı və mədəniyyətli,yüksək insani keyfiyyətlərə malik insanlar olur.

Cəmiyyət içində böyük nüfuza malik,sayılıb-seçilən insanlar olan şairlər həm də xalqın,vətənin haqqı deyən dili,onun maariflənməsi və savadlanmasında müstəsna xidmətləri olan insanlardır.

Belə insanlardan biri də,gözəl qəlbə,gözəl savada,gözəl qələmə malik olan şairə Aysel Xanlarqızı Səfərlidir.Bu gün onun yaradıcılığının məhsulu olan “Yoxlugun cazibə qüvvəsi” şeirlər kitabının təqdmetmə mərasiminə yigişmısınız.

Bacım qədər xətrini istədiyim bir insanın,qələm dostumun,həmkarımın beə gözəl günündə təəssüflər olsuni,üzrlü səbəblərdən iştirak edə bilmirəm.Amma ürəyim orda-sizlərin yanındadır.Bir şairə günü gündən daha da gözəl yaratmaq üçün nə lazımdır?..

Birinci,daima hevesle yazıb-yaratmaq eşqiylə döyünən ürəyi.

Aysel müəllimə bu ürəyə sahibdir.O bizləri və oxucuları daima bir birindən gözəl şeirləri ilə sevindirəcək.

İkincisi, yaşadığı mühitin gözəlliyi və ətrafında olan gözəl insanlar.

Bəli, Aysel xanımın yaşadıgı mühit olduqca gözəldir, ürəkaçandır.Ailəsi,çalışdıgı kollektivi həmişə ona dəstək və bir arxadır.Onu günü gündən daha da gözəl yaratmağa sövq edir.Əhatəsində olan gözəl insanlar sizlərsiniz.Bu gün onun bu gözəl gününə yiğışmısınız.Bu ona verdiyiniz böyük dəyərdir.

Uçüncusu də, oxucu….Aysel xanımın çoxsaylı oxucusu və pərəstişkarı var.Mən inanıram ki, bu günü gündən daha da çoxalacaq.Çüni onun gözəl yaradıcılığa sahib olması bunu deməyimə əsas verir.Yaradıcılığın məhsulu olan bu gözəl kitabınızın çap olunması və təqdimat mərasimi münasibətilə sizi təbrik edirəm bir daha.

Xeyirli ugurlu olsun.Sizə daima zirvələr fəth etməyi,hər zaman ucalarda olmagı,dəyərli,sevimli olmağı arzu edirəm.Təbriklər bir daha…

İmza:şair Zaur İlhamoğlu.

Share: