Şəhriyar Məmmədyarov ABŞ-da keçirilən şahmat yarışında 30 min dollar qazandı – FOTO

ABŞ-ın Seynt Luis şəhərində keçirilən şahmat üzrə beynəlxalq Sinkfild Kuboku turnirinə yekun vurulub.
Sonuncu – IX turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla heç-heçə edib.
Norveçli Maqnus Karlsen ABŞ-ı təmsil edən yapon şahmatçısı Hikaru Nakamuraya, erməni Levon Aronyan rus Aleksandr Qrişuka qalib gəldiyindən və ABŞ təmsilçiləri Fabiano Karuana ilə Uesli So heç-heçə etdiyindən çempionluq üç idmançı arasında bölüşdürülüb. Bunlar Karuana, Aronyan və Karlsendir. Hər üç şahmatçının 5,5 xalı olub.
Şəhriyar Məmmədyarov isə 5 xalla turniri IV sırada başa vurub.
Beləliklə, Şəhriyar bu turnirdən IV yerin sahibi kimi 30 min dollar qazanıb. O, ümumilikdə il ərzində keçirilmiş “Grand Chess Tour”larda qazandığı pulların sayını 75 minə çatdırıb.
Xatırladaq ki, bu turnirin ümumi mükafat fondu 300 min dollar idi.(oxu.az)

Share: