![](https://www.mustaqil.az/wp-content/uploads/https://apa.az/storage/news/2024/april/12/resize/6618bafb8a58a6618bafb8a58b17128967636618bafb8a5886618bafb8a589.jpg)
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -ya verilən məlumata görə, aprelin 12-də saat 04:00 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi“Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.