Rusiyanın qəfil hərbi təliminə Ermənistan ordusu da cəlb olunub – AÇIQLAMA

Rusiyanın Cənub hərbi dairəsinin təlimlərinə Ermənistan silahlı qüvvələri də cəlb olunub.

Müstəqil.Az  azpost.info-ya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arcun Ovanesyan açıqlama verib. Onun sözlərinə görə, təlimlərə tank, artilleriya, motoatıcı və digər bölmələr qatılacaq.

Məlumatı Sputnik-Armenia yayıb.

“Rusiya güclü ordusu olan böyük dövlətdir. İstənilən yoxlamanı keçirə bilər. Ermənistan da Rusiyanın burada dislokasiya olunmuş hərbi bazasında birgə təlim planlaşdırıblar”.

Qeyd olunub ki, təlimlər Ermənistan ərazisində və onun hüdudlarından kənarda keçiriləcək.

Qeyd edək ki, bu gün səhər Putinin əmri ilə Cənub hərbi dairəsi qəfil yoxlama təlimi başlanıb. 149 min şəxsi heyət təlimlərə cəlb olunub.

Müstəqil.Az 

Share: