Rusiyalı keçmiş məmur 10 il sonra həyat yoldaşını öldürməkdə təqsirli bilindi

Rusiyanın Primorsk vilayətindən olan keçmiş məmur Vitali Onopriyenko arvadının ölümündən 10 il sonra onun qətlində təqsirli bilinib.

Məhkəmənin andlılar heyəti Vilayət Təhsil Departamentinin keçmiş direktorunu 2013-cü ildə həyat yoldaşını öldürdüyü qənaətinə gəlib. 

Bu barədə vilayət prokurorluğundan məlumat verilib.

10 il əvvəl Vitali Onopriyenkonun həyat yoldaşı ölü tapılıb. Onun üzərində bıçaq yaralarının izləri olub. Vitali özü isə huşsuz vəziyyətdə və boğulma əlamətləri olsa da, sağ tapılıb.

2022-ci ildə keçmiş məmur saxlanılıb. İstintaq belə nəticəyə gəlib ki, o, həyat yoldaşını öldürdükdən sonra özünə qarşı saxta hücum səhnəsi qurub.

Onopriyenko həyat yoldaşını boşanma prosesi ərəfəsində münaqişəyə görə öldürüb.

Andlılar məhkəməsi onu təqsirli bilib və heç bir güzəştə gedilməməsini tövsiyə edib. İndi məhkəmə ittiham aktı əsasında eks-məmur barəsində hökm çıxarmalıdır.

Mənbə: MK.ru

Share: