Rusiyada qəlyanxanada partlayış baş verib, 3 nəfər yaralanıb

Moskva vilayətinin Domodedovo şəhərində qəlyanxanada partlayış baş verib.

-nın Rusiya bürosu yerli mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində üç nəfər yaralanıb.

“Moskva vilayətinin Domodedovo şəhərində, Qaqarin küçəsində yerləşən qəlyanxanada partlayış baş verib. Ehtimal olunur ki, qumbara partlayıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb”, deyə Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Share: