Rusiyada etirazlar qızışdı: Navalnı həbs edildi – Foto

Rusiya Prezidenti Vladimir Putinə qarşı başlayan etirazlarda müxalifət lideri Aleksey Navalnı həbs edilib.

Müstəqil. Az xəbər Navalnı həbs edildikdən sonra Tvitterdən etirazçılara davam etmələri barədə ismarıc göndərib.

“Uşaqlar, mən yaxşıyam. Məni azadlığa çıxarmağa çalışmayın. Tverskayada (Moskvada əsas küçələrdən biri) yürüşlərə davam edin. Günün mövzusu rüşvətxorluqla mübarizədir”,-deyə o yazıb.

Etirazçılar “Putinə lənət olsun”, “Putinsiz Rusiya” kimi şüarlar səsləndirib. İcazəsiz keçirilən aksiyada baş nazir Dimitri Medvedevin də istefası tələb olunub.

Qeyd edək ki, Aleksey Navalnının rəhbərliyi ilə Rusiyanın müxtəlif şəhərlərində etirazlar başlayıb.

Billurə

Share: