Rusiyada deputat seçiləln soydaşlarımız haqda niyə və kimin sifarişi ilə “qara piar” aparılır?

 Mirkazım Seyidov 

Rusiyadakı Azərbaycan diasporunun ən fallarından olan Mirkazım Seyidov, ölkə mətbuatında adını yuxarıda çəkdiyimiz deputat soydaşımız haqqında gedən mənfi xarakterli yazılara görə, təəssüf hissləri keçirdiyini xüsusi vurğulayıb:

“Bütün bunlar, yalan və böhtandan başqa bir şey deyil. Axı, mən neçə dəfədir ki, Krasnoyarskda oluram. Burada azərbaycanlı deputatlar ətrafında qalmaqal olduğunu görməmişəm. Nə də, kiminsə dilindən bu barədə bir xəbər eşitmişəm.
Bu yaxınlarda Rusiyada yerli seçkilər keçirilib. Seçkilər Krasnoyarskda da baş tutub. Krasnoyarsk şəhər Şurasına keçirilən seçkilərin nəticələrinə əsasən, iki azərbaycanlı – 32 yaşlı Səməd Qurban oğlu Yusubov “Ədalətli Rusiya”, 57 yaşlı Taleh Sədi oğlu Mahmudov isə, “Vahid Rusiya” partiyalarından deputat seçiliblər. Buna sevinmək lazımdır. Azərbaycanlıların daha çox məskunlaşdıqları böyük bir regionda iki soydaşımızın qalıb olması, doğrudan da, qürurvericidir. Amma, indi də, Səməd Yusubovun və Taleh Mahmudovun deputat seçilmələrini bədniyyət insanların gözləri götürmür. Onların haqqında nələr uydurmurlar?! 
Soydaşlarımız olan həmin deputatlar haqqında belə yazılar oxumaq adamda məyusluq yaradır. Onların adlarını bir daha gurultulu qalmaqallarda, üstəlik, 15 il əvvəl baş verən bir qətl hadisəsində hallandırmaq, “düşmən dəyirmanına su tökməkdən” başqa bir şey deyil. Onsuz da, onlar barədə bu informasiyaların yalan, böhtan və şantaj olduğunu Rusiya boyda bir dövlətin hüquq-mühafizə və məhkəmə orqanları vaxtında təsdiqləyib. Bir daha, özü də üstündən illər keçəndən sonra, yalan və məsuliyyətin nə demək olduğunu anlamadan, bu qətl hadisəsində deputat əlinin olduğnu yazmağın nə mənası?! Bu, sadəcə olaraq, özümüzün özümüzə qənim kəsilməmizin daha bir sübutudur. 
Onu da qeyd etməyi vacib bilirəm ki, ötən il, Taleh Mahmudovun əleyhinə “tükürpədici faktlar” dolu belə bir yazı, ölkəmizdə nüfuzu olan bir xəbər portalının redaksiyasına da göndərilmişdi. Saytın rəhbəri məni yaxından tanıdığından, redaksiyalarına dəvət etdi. Bildirdi ki, Krasnoyarskdakı milli diasporumuzun rəhbəri barədə dəhşətli faktlar alıblar. Lakin, Taleh Mahmudovun göstərilənlərə munasibətini öyrənmək üçün, onunla əlaqə yarada bilmirlər. Həmin an öyrəndim ki, o, Rusiyada deyil və biznes əlaqələrinin inkişafı ilə əlaqədar, hansısa xarici ölkələrdən birində işgüzar səfərdədir. Sayt rəhbəri ilə razılığa gəldik ki, Rusiyada olanda, göstərilən faktların araşdırılmasında onlara yardımçı olum. 
Sibirə səfərim zamanı, əlaqələrimi işə saldım. Araşdırmalarımız məni dəhşətə gətirdi. Sən demə, bu boyda yalan və böhtanı, Taleh Mahmudovu şantaj etmək üçün, adını bildiyimiz bir həmyerlimiz düşünürmüş. Özü də, cirkin məqsədli, əqidəsiz, məsləksiz bir şəxs… Özü kimilərin qulluğunda durmaqdan da ləzzət alır. Belələri Vətən, xalq, millət, həmyerli, soydaş anlamının mənasını başa düşmürlər də. Belə qarayaxmalarla böyük bir vilayətin tanınmış iş adamının və diaspor rəhbərinin olduqca yüksək nüfuzuna kölgə salmaqdan sanki rahatlıq tapırlar.

Əslində isə, Azərbaycanda doğulan və Krasnoyarsk vilayətindəki milli diasporumuzun rəhbəri olan tanınmış iş adamı Taleh Mahmudov çoxdan taleyini bu regionla bağlayıb. Vilayət paytaxtındakı məşhur “Bionika” özəl klinikasının, “Taleh” tikinti şirkətinin və “Sibir Avia” şirkətinin rəhbəridir. 
Uğurlarını gözü götürməyənlər, onun adını, 2003-cü ildə qətlə yetirilən azərbaycanlıların diaspor birliyinin rəhbəri Mahir İlyasovun işində hallandırıblar. O vaxt “Kommersant” da yazıb ki, o, uzun müddət “Azəri” diasporuna rəhbərlik edib. Daha sonra, “Azəri”yə rəhbərlik Taleh Mahmudova həvalə edilib, Mahir İlyasov isə, “Azərbaycan” Birliyini yaradıb. “Novaya qazeta” isə, öz yazılarında, guya, bu təşkilatlar arasında münasibətlərin gərgin olduğunu qabardıb və cinayətin detallarını İtaliya mafiyası haqqında film ruhunda danışıb: Muzdlu qatil, guya, Mahir İlyasovdan Taleh Mahmudovun qətli ilə bağlı sifariş qəbul edib, ancaq bununla bağlı vəd etdiyi 10 min dolları ödəmədiyi üçün, özü qurbana çevrilib. 
İndi, vilayətin Ağır Atletika Federasiyasına və Azərbaycan diasporuna rəhbərlik edən, 2010-cu ildə — böhran dövründə klinikasını 10 mərtəbəyə qədər genişləndirdiyinə görə, “Delovoy kvartal” tərəfindən ilin adamı elan edilən soydaşımız, bu cür yalanlarla yenidən şantaj edilir. İllər öncə məhkəmə və hüquq-mühafizə orqanları əsl cinayətkarı tapıb cəzalandırsalar da, yenə soydaşımız haqqında yalanlar uydurulur: Özü də, deputat seçiləndən sonra!

Azərbaycan saytları belə də yazır ki, deputat seçilən digər soydaşımız Səməd Yusubovun adı da, Dövlət Yol Polisi ilə əlaqədar, bir neçə il əvvəl olmuş böyük bir qalmaqalda hallanıb. Yolların İdarə Olunması Dövlət Təşkilatının direktor müavini vəzifəsində çalışan bu soydaşımızı, onun idarəçilik etdiyi təşkilatın işçisi Dmitri Kryajev 2012-ci ildə sosial şəbəkədə ittiham edib. Bölgə deputatlarına müraciət edən bu şəxs, Yusubovu və onun idarə etdiyi şirkətin rəhbərliyini “cinayətkar qrup” adlandırıb. Kryajev rəhbərliyi maliyyə fırıldağında ittiham edib. O, deyib ki, polisə şikayət etdikdən sonra, Yusubov onu təhdid edib və hətta işə buraxmayıb. Bundan sonra, Yusubov onu məhkəməyə verib və bir milyon rubl təzminat istəyib. O, iddiasında bildirib ki, Kryajevin şikayətindən sonra araşdırmalar aparılıb və ittihamlar təsdiq edilməyib. Nəticədə, məhkəmə, yalan və böhtanlara görə, Kryajevin Yusubova beş min rubl təzminat ödəməsi haqqında qərar qəbul edib. 
Bütün bunlar da, burada nüfuz sahibi olan soydaşlarımıza qarşı qarayaxma kampaniyasına start verilməsinin daha bir ifadəsidir.
Əslində isə, Gürcüstanın sabiq deputatı olan bu şəxs də, bu regionda nüfuz sahibidir. Yusubov uşaq olan zaman, ailəsi Krasnoyarska köçüb və burada qeydiyyata düşüb. Atası Qurban Yusubov qənnadı məmulatlarının istehsalı ilə məşğul olub. Həmçinin, o, “Oniks” şirkətinin sahibi olub və şirkətə oğlu Səməd Yusubov rəhbərlik edib”.

Taleh Mahmudov

Bizim üçün olduqca önəmli olan həmin yazıda müəllif onu da göstərir ki, Krasnoyarsk vilayətində 159 millətdən ibarət, 3 milyon nəfərə yaxın əhali məskunlaşıb. Saylarına görə, burada məskunlaşan həmyerlilərimiz rus, ukraynalı, tatar və almanlardan sonra beşincidir. Rusiyanın Mərkəzi və Şərqi Sibir ərazi dairələrinin ən böyük yaşayış məntəqəsi olan vilayət paytaxtı Krasnoyarsk şəhərində, bu regionda məskunlaşan 30 millətin hər birinin diaspor birlik qurumları – Milli-Mədəni Muxtariyyat təşkilatları var. Müxtəlif peşə, sənət sahibi olan 60 min nəfər azərbaycanlını özündə daha sıx birləşdirən, üzvlərinin sayına görə, tatarlardan sonra ikinci yeri tutan Azərbaycan Milli-Mədəni Muxtariyyatı bu qurumlar arasında yüksək imicə malik ən nüfuzlulardandır. Bu təşkilat milli diaspor quruculuğu və onun inkişafı, habelə həmin vilayətin ictimai-siyasi, mədəni-iqtisadi tərəqqisi naminə faydalı işlər gördüýü üçün daim fərqlənib: “Uzun zamandır “çəkici bir yerə vuran” krasnoyarsklı soydaşlarımızın birlik ideyalı diaspor təşkilatı çox şeyə nail olub. Nəinki vilayətin mərkəzi Krasnoyarsk şəhərindəki, eləcə də Norilsk, Berezovsk, Şarıpovsk, Suxobuzimsk, Açinsk, Kansk… yaşayış məntəqələrindəki diaspor təşkilatlarımız, Azərbaycan imicini yerli əhali arasında daha yüksəklərə qaldırmaq üçün, canla-başla çalışır, əlindən gələni əsirgəmir. 
Onu da qeyd edim ki, 2004-cü ildə Azərbaycan Milli-Mədəni Muxtariyyatı adıyla yenidən formalaşan bu diaspor qurumumuzun rəhbərləri, həmin vaxtdan vilayətin Milli-Mədəni Muxtariyyatlar, eləcə də Milli Vətəndaş Assambleyası və Vilayət Müsəlmanları təşkilatlarının rəhbər şuralarının tərkibinə keçiblər. Elə, o vaxtdan da, Taleh Mahmudov təşkilatın sədri seçilib. Krasnoyarsk bundan sonra Vətən, xalq, el-oba sevgili milli diasporumuzun etibar və inam məkanına çevrilib. 
Taleh Mahmudovun indiyədək rəhbərlik etdiyi bu təşkilatın həyata keçirdiyi fundamental tədbirlər, sözün həqiqi mənasında, vilayətə səs salıb. Bunun ürəkaçan nəticəsidir ki, burada hara baxsan, doğma Azərbaycan izləri görünür. Bu vilayətdə yaşayanlarla danışsanız, onlar arasında sorğu aparsanız, tam əminəm ki, bu təşkilatın fəaliyyətini xüsusi vurğulayacaqlar. Çünki ötən müddət ərzində bu təşkilatın xətti ilə həyata keçirilən tədbirlər, görülən işlər, dövlət rəsmiləri ilə görüşlər… həmişə öz səmərəsini verib. Keçirilən bütün aksiyalar çox yaxşı qarşılanıb, cəmiyyət arasında əks-səda doğurub. Ona görə ki, təşkilat rəhbərləri, həmişə, regiondakı azərbaycanlı gəncləri ətraflarına toplaya, cəmiyyətin bütün təbəqələri arasında birlik nümayiş etdirə bilib, burada Azərbaycanı tanımayan, doğma Vətən həqiqətlərini bilməyən heç kəsin qalmaması üçün əllərindən gələni əsirgəməyiblər”.
Mirkazım Seyidovun sözlərinə görə, Krasnoyarskın diaspor rəhbəri həm də olduqca maraqlı həmsöhbətdir. Onun dedikləri soydaşlarımıza sonsuz inam və vətəndaşlıq ruhu bəxş edir. Bunun müsbət nəticəsidir ki, Vətəndən uzaqda yaşamalarına baxmayaraq, onlar da, öz təşkilatlarının xətti ilə, Azərbaycançılıq ideyalarının qələbə çalmasına, milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə öz vətəndaş töhfələrini verməyə çalışırlar.
Oxucularımızın diqqətinə çatdırırıq ki, ötən ilin sonlarında Krasnoyarskdakı diaspor təşkilatımızın ürəkaçan işləri barədə araz.az saytı da geniş yazılar dərc etmişdi. Bu yerdə təşkilatın rəhbəri Taleh Mahmudovun həmin yazılardakı maraqlı açıqlamasını yenidən oxucularımızın diqqətinə çatdırmaq yerinə düşərdi. Həmin açıqlamasında diaspor rəhbəri bildirirdi ki, Krasnoyarskda milli mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, milli diasporumuzun formalaşıb, daha da inkişaf etməsinə xidmət edən möhtəşəm layihələrdən ibarət tədbirlər təşkil olunur, onların layiqincə həyata keçməsi üçün bütün vasitələrdən istifadə edilir: “Azərbaycan torpağı bizim üçün müqəddəsdir, burda Vətən sevgimiz daha yüksəkdə dayanır. Bu səbəbdən, diaspor fəallarımız hər fürsətdə ağrılı problemimiz olan Qarabağ həqiqətləri ətrafında öz işlərini qururlar. Onlar çoxşaxəli bütün fəaliyyətlərini daim mənfur düşmənin – erməni daşnaklarının vurulmasına yönəldir, güclü maddi-mənəvi dəstəklərini bu istiqamətlərə yönələn möhtəşəm işlərə sərf etməkdən rahatlıq tapırlar.
Krasnoyarskdakı diasporumuzun aktiv fəaliyyətinin və həyata keçirdiyi Azərbaycan mövzulu böyük layihəli çoxsaylı tədbirlərin müsbət nəticəsidir ki, vilayətə üz tutan soydaşlarımız buraya adaptasiya olmaqda çətinlik çəkmir. Ona görə ki, həyata keçirdiyimiz bütün tədbirlər yalnız Vətən naminə, sırf insanlıq xatirinə olur: Talelərini Krasnoyarskla bağlayan hər kəsin hər an diasporçularımızın yanında olmaları da bu səbəbdəndir.
Hara getsək, azərbaycanlı olduğumuzu bilməliyik, yalnız özümüzü düşünməməliyik. Hamının qəlbində Vətənə sevgi, həmyerlisinə qayğı olmalıdır. Vətənimizi layiqincə təmsil və təqdim etmək əsas borcumuzdur. 
semed-yusubov.jpeg

Ölkəsindən çıxanların xaricdə müəyyən çətinlikləri ola, hər şey öz yoluyla getməyə bilər, amma insan özünə inanmalıdır – əsas odur ki, qarşına qoyduğun məqsəddən geri dönməyəsən. Mən də, əziyyətlə nail olduqlarımın bəhrəsini gördükdən sonra, sözün əsl mənasında, bunun ləzzətini almışam. 
Əsas məsləhətim gənclərədir: İlkin olaraq, onlar bilməlidirlər ki, gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. Biz, xaricdə də Vətənimizin əsgərləriyik, burda da, Vətənə borcumuz nədirsə – ödəməliyik! Bütün Azərbaycan gəncliyi bir yumruq kimi olsa, bizi heç nə yıxa bilməz, hər şey gənclikdən asılıdır. 
Xaricə üz tutan soydaşlarımızın hamısını bir olmağa, milli maraqlarımızı qorumağa, Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənablarının Dünya Azərbaycanlılarının son qurultayındakı çıxışına uyğun fəaliyyət göstərməyə çağırıram!
klimm1109201801.jpgSözün həqiqi mənasında, diasporumuz gördüyü möhtəşəm işlərlə vilayətə səs salıb. Yerli əhali indi bizimlə daha çox maraqlanır, alqışalayiq işlərimiz bizi nüfuz, hörmət-izzət sahibi edib. İndi, çətin ki, bu böyük vilayətdə doğma Azərbaycanımızı tanımayan kimsə tapıla, onun haqqında həqiqətləri bilməyən kimsə qala. 
Bizə, səmərəli fəaliyyət göstərmək üçün belə münbit iş şəraiti yaratdıqlarına görə, vilayət və şəhər rəhbərlərinə, biz azərilərlə bərabər, əslən Azərbaycandan olan avarların, tatların, talışların, ləzgilərin, rutulların… da daxil olduğümüz diaspor təşkilatımız adından minnətdarlığımızı çatdırırıq. Çünki, nə vilayət qubernatoru, nə Qanunverici Məclisin sədri, nə də şəhər rəhbəri indiyədək bizim bir problemimizə, bir təklifimizə biganə qalmayıblar; Məhz, vilayət və şəhər rəhbərlərinin bizə olan səmimi dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir ki, biz vilayətin ictimai, sosial, iqtisadi, mədəni həyatı ilə bərabər, siyasi həyatının da fəal iştirakçılarıyıq – indi azərbaycanlılar arasında partiya, təşkilat fəalları çoxdur, üstəlik deputatlar da var…”.
Yuxarıda qeyd edildiyi kimi, 2004-cü ildən bu regionda pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarımızı qısa zaman ərzində özündə birləşdirməyə nail ola bilən və Krasnoyarsk vilayət Milli-Mədəni Muxtariyyatlar Şurasının tərkibində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyatı (AMMM) Təşkilatının fəaliyyəti, Rusiyanın ayrı-ayrı bölgələrindəki diaspor təşkilatlarımızın fəaliyyətlərindəki mövcud durumdan tamamilə fərqlənir. Elə, o vaxtdan təşkilat sədri seçilən Taleh Mahmudovun rəhbər fəaliyyəti də, fərqli motıvlərlə zəngindir. İctimai-siyasi sahədə fəal olmaqla yanaşı, həm də vilayətin tanınmış iş adamı kimi də nüfuz qazanıb. Yalnız onu demək kifayətdir ki, Taleh Mahmudov vilayət mərkəzindəki ən inamlı tibb müəssisəsi olan “Bionika”nın təsisçisidir.
Bəli, Krasnoyarskda böyük bizneslə məşğul olan Taleh Mahmudov, ictimai-siyasi fəallığı, xeyirxahlığı ilə, vilayətin bütün ictimai-siyasi təşkilatlarının və dövlət qurumu rəhbərlərinin diqqətini həmişə özünə, rəhbərlik etdiyi təşkilata cəlb edib. Buranın səlahiyyət və söz sahibləri yanında sözü keçəndir. Diasporumuzun rəhbəri, həm də Rusiya Federasiyası Dövlət Dumasının deputatı Pyotr İvanoviç Pimaşkovun bu vilayət üzrə köməkçi-təmsilçisi olub.
Onun haqqında qarayaxmalar dərc etmək — biabırçılıqdır! Əl çəkmək lazımdır bu qarayaxmalardan! Heç olmasa, belə yalanlar uydurulanda, vicdan çərçivəsində hər şey düşünülməli, Vətən, xalq, millət mənafeyi göz önünə gətirilməlidir!

Share: