“Biri yamaqdan, Biri yanaqdan yazır”- Qələndər Xaçınçaylı

Tanınmış tənqidçi Əsəd Cahangirin bir neçə gün öncə “Teleqraf. com” (https://teleqraf.com/news/art/185003.htm) saytında yayımlanan müsahibəsinə şair Qələndər Xaçınçaylı şeirlə cavab verib.
Müstəqil.Az xatırladır ki, tənqidçi müsahibədə ədəbiyyata kütləvi axın prosesinə qarşı etirazını bildirmiş bir çox gənclərin yazıları ilə bağlı tənqidi fikirlərini açıqlamışdı.
 
Yazır
Biri anadan,
Biri baladan yazır.
Biri xaladan,
Biri danadan yazır.
Qələmdir düşüb əllərinə,
Ay, nadan yazır…
Biri qəmdən,
Biri dəmdən yazır.
Biri zildən,
Biri bəmdən yazır.
Sözdür, düşüb dillərinə,
Elə hey… camadan yazır…
Biri Günəşdən,
Biri Aydan yazır.
Biri bulaqdan,
Biri çaydan yazır.
Baxın qara günlərinə,
Yazıq havadan yazır…
 
Biri budaqdan,
Biri dodaqdan yazır.
Biri yamaqdan,
Biri yanaqdan yazır.
Sözü sökür ilmə-ilmə,
Bədbaxt, səmadan yazır…
 
Biri mətdən,
Biri ətdən yazır.
Biri pişikdən,
Biri itdən yazır.
Deyən yoxdur bir kəlmə,
Çünki madan, yazır…
 
Biri sərçədən,
Biri kəlçədən yazır.
Biri elçidən,
Bir gülçüdən yazır.
Baxıram zavallı elimə,
Otdan, samandan yazır…
 
Biri yardan,
Biri kordan yazır.
Biri oddan,
Bir qordan yazır.
Düşüb boz axın selinə
Gülbadam, Güləmdan yazır…
 
Biri Şahdan,
Biri sapdan yazır.
Biri hapdan,
Biri gopdan yazır.
Əsəd Cahangir də
Haqdan, imandan yazır…
Qələndər Xaçınçaylı
Share: