Rusiyada cinayətkar qızı 14 il “həbsdə” saxlayıb

Rusiyada cinayətkar qızı 14 il “həbsdə” saxlayıb

Rusiyanın Çelyabinsk vilayətinin sakini 2009-cu ildə 19 yaşlı qızı qaçıraraq 14 il “həbsdə” saxlayıb.

Məlumata görə, 37 yaşlı Ç.Vladimir 2009-cu ildə Çelyabinsk Dəmiryol Vağzalında qızla görüşüb, Smolino kəndindəki evinə dəvət edib və pəncərəsində dəmir barmaqlıqlar olan otağa bağlayıb.

Qız ömrünün 14 ilini həmin otaqda keçirib. Cinayətkar vaxtaşırı onu öldürmək hədəsi altında zorlayıb.

Araşdırma nəticəsində oğlanın anasının da eyni evdə yaşadığı məlum olub.

Hadisəni törədən şəxs qapını kilidləməyi unudub. Onun möhkəm sərxoş olduğunu görən qız qaça bilib. Bacısını tapıb və polisə müraciət edib.

Mənbə: Mk.ru

Share: