Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub.

Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub.
Hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb. Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub.
Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları İradə Quliyeva İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.
Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər.
Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub.(Qafqazinfo)
Share: