Müsəlman miqrantlara AMANSIZ İŞGƏNCƏLƏR: Lüt soyundurdular… – VİDEO

Türkiyədə gizli yollarla Pakistandan qaçan 80 miqrant aşkar edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, miqrantlar Türkiyədən əvvəl Yunanıstana gediblərmiş. Aralarında qadın və uşaqların olduğu miqrantlar sorğu-sual zamanı dəhşətli faktlar açıqlayıblar. Bildiriblər ki, qeyri-qanuni yolla keçdikləri Yunanıstanda polis əməkdaşları tərəfindən saxlanılaraq amansız işgəncələrə məruz qalıblar.

Günlərlə ac, susuz saxlanılan müsəlmanlara qarşı yunan polislərin qeyri-insani rəftarı bununla bitməyib. Onlar gecə saatlarında miqrantları soyunduraraq alçaldıcı hərəkətlər edib və ölümlə hədələyiblər.

Təhqir və ağır işgəncələrlə üzləşən pakistanlılar çıxış yolunu Türkiyəyə qaçmaqda görüblər.

Share: