Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər

Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini qarşılıqlı əsasda ləğv edilə bilər.

Bunu Rusiya xarici işələr nazirinin müavini Qriqori Karasin deyib. “Gələcəkdə qarşılıqlı əsasda vizasız rejimin tətbiq oluna biləcəyini istisna etmirik. Buna doğru irəliləməyin çətin olması isə başqa söhbətin mövzusudur. Hər şeydən əvvəl daima diplomatik münasibətlərin olmaması maneəçilik törədir. Bildiyiniz kimi, münasibətlər Tbilisinin təşəbbüsü ilə dayandırılıb”, – deyə o əlavə edib.

Nazir müavini qeyd edib ki, müvafiq qərarın qəbulu zamanı transsərhəd təhlükələrin artdığını, eləcə də terror və qeyri-leqal miqrasiya məsələlərini nəzərə almaq lazımdır.

Karasin Rusiyanın Gürcüstan tərəfinə aviaheyət üzvləri üçün vizasız rejimin tətbiqinə dair konkret təkliflər təqdim edib.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152