![](https://www.mustaqil.az/wp-content/uploads/https://qafqazinfo.az/uploads/1680391884/ru1.jpg)
Rusiya ordusu 1 apreldə Donetsk və Luqansk vilayətlərinin bəzi şəhər və yaşayış məntəqələrinə hücumlar təşkil edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Verilən açıqlamada bildirilib ki, Rusiya 1 apreldə Ukraynaya 2 raket və 25 hava hücumu təşkil edib.
Qeyd olunub ki, dinc sakinlər arasında yaralılar da var.