Roma Papasının Rusiya və Ukrayna arasında əsir mübadiləsində rolu ortaya çıxdı

Roma Papası Fransisk Rusiya və Ukrayna ordusunun əsirlərinin azad edilməsi və onların dəyişdirilməsi prosesində iştirak edir.

Bu barədə məlumatı “Askanews” Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyevlə müsahibəsi çərçivəsində açıqlayıb.

“Rusiya tərəfindən ukraynalı hərbi əsirlərin azad edilməsi və ya dəyişdirilməsi həmçinin Roma Papası Fransiskin bizə mütəmadi olaraq göndərdiyi siyahılar nəzərə alınmaqla da həyata keçirilir”, – deyə diplomat qeyd edib.

Onun fikrincə, pontifik humanitar missiyaya töhfə verir, bunun sayəsində də hərbçilər evlərinə qayıdırlar.

Avdeyev əlavə edib ki, o, şəxsən Roma Papası ilə danışıb. O cümlədən Moskva və Kiyev arasındakı müharibə barədə də müzakirələr aparıb.

Pontifik özü daha əvvəl vurğulayıb ki, Müqəddəs Taxt Ukrayna böhranının sülh yolu ilə həlli üçün “etməli olduğunu edir”.

Share: